Milo Dukanoviç: Avropa İttifaqının qonşularla olan perspektivləri yenidən nəzərdən keçirilməlidir

Milo Dukanoviç: Avropa İttifaqının qonşularla olan perspektivləri yenidən nəzərdən keçirilməlidir

Avropa İttifaqının qonşularla olan perspektivləri yenidən nəzərdən keçirilməlidir.

APA xəbər verir ki, bunu Montenegronun sabiq prezidenti Milo Dukanoviç XI Qlobal Bakı Forumu çərçivəsində panel müzakirə zamanı deyib.

"Avropa İttifaqı üçün prioritet Qərbi Balkanlardır. Bu ölkələrin ittifaqa üzvlüyü kifayət qədər yaxşı vədlər verir", - o əlavə edib.

Sabiq prezident Avropa İttifaqının genişlənmə prosesini dayandırmasını pisləyib: "Bu da bizi ruhdan saldı. Qərbi Balkanları biz yenidən Avropa İttifaqında görmək istəyirik. Niyə görə bilməməyimizə gəlincə, bu bizim qarşımızda duran sual deyil, bu daha çox Aİ-nin qarşısında duran sualdır".

Dukanoviç onu da vurğulayıb ki, keçmiş Yuqaslaviya qonşuları üçün maneə kimi görünür: "Qərbi Balkanların Aİ-də gələcəyi yoxdursa, mən şəxsən Aİ-nin də gələcəyinə inanmıram".