Joseph Muscat: NATO-nun olması Avropa İttifaqının qarantıdır
NATO-nun olması Avropa İttifaqının qarantıdır.
APA xəbər verir ki, bunu Maltanın sabiq baş naziri Joseph Muscat XI Qlobal Bakı Forumu çərçivəsində panel müzakirə zamanı deyib.
"Avropa İttifaqı NATO-nun fərqli bir formatıdır. Amma NATO-nun işlərini Avropa İttifaqının üzərinə qoymaq yalnışdır", - o əlavə edib.
Sabiq baş nazir ABŞ prezident seçkiləri barədə də danışıb:
"Əminəm ki, ABŞ-də yenə də Tramp dövrü başlayacaq. Trampın yenidən prezident seçilməsi Rusiya ilə mübasibətlərə də təsir edəcək".