Ivo Josipovic: Aİ-də Türkiyənin üzvlüyünü ciddi qəbul edən yoxdur

Ivo Josipovic: Aİ-də Türkiyənin üzvlüyünü ciddi qəbul edən yoxdur

Biz islahatsız olaraq Aİ-yə üzv ola bilməyəcəyik, buna inanmaq yanlış düşüncədir.

APA xəbər verir ki, bunu Xorvatiyanın sabiq prezidenti Ivo Josipovic XI Qlobal Bakı Forumu çərçivəsində panel müzakirə zamanı deyib.

Sabiq preziden mütləq islahatların vacibliyini vurğulayıb.

"Qərbi Balkan ölkələri olaraq bu islahatların keçirilməsinin tərəfindəyik. Çünki islahat qəbul prinspini dəyişəcəkdir".

Josipovic üzvlük məsələsində Türkiyəni misal çəkib.

"Baxın Türkiyəyə. 30 ildir, üzvlük üçün danışırlar davam edir. Az qala, Aİ-də Türkiyənin üzvlüyünü ciddi qəbul edən yoxdur".