Naxçıvanda istehsalçı və investorlar üçün təqdimat keçirilir

Naxçıvanda istehsalçı və investorlar üçün təqdimat keçirilir

Bu gün Naxçıvan Biznes Mərkəzində 30 xarici və yerli istehsalçı, eləcə də investor üçün təqdimat keçirilir.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, tədbir onların Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində baş tutub.

Təqdimatda yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov, kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Xəyalə Dadaşova, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Rahid Ələkbərli, "Azərbaycan Françayzinq Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Camid Mövsümov iştirak edir.

Tədbirin məqsədi Naxçıvanın iqtisadi imkanlarından səmərəli istifadə, ayrı-ayrı sahələrə investisiyaların cəlb edilməsidir.