Gəncədə ev yanıb, yaşlı kişi xəsarət alıb

Gəncədə ev yanıb, yaşlı kişi xəsarət alıb

Gəncədə fərdi yaşayış evində yanğın olub.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çarıqçılar küçəsində qeydə alınıb.

Həmin ünvandakı Fazil Kazımova məxsus evdə anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Hadisənin qarşısı alınıb və yanğının qonşuluqdakı evlərə keçməsinə imkan verilməyib.

Hadisə vaxtı evdə olan ev sahibi, 79 yaşlı Fazil Kazımov müxtəlif yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinim kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.