Rusiyanın Belqorod vilayətində PUA avtomobilə çırpılıb, yaralananlar var

Rusiyanın Belqorod vilayətində PUA avtomobilə çırpılıb, yaralananlar var

Rusiyanın Belqorod vilayətinin Qlotovo kəndində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparat yerli sakinlərin olduğu avtomobilə çırpılıb.

Birxeber.Az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov "Telegram" kanalında məlumat verib.

Nəticədə 5 nəfər ağır yaralanıb.

Rayon rəhbərinin sözlərinə görə, hücum nəticəsində avtomobil yanıb, içərisində olan 5 nəfər xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib.

"Həkimlər onlara bütün lazımi yardımı göstərirlər" deyə bildirilib.