Ağsuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb - FOTO

Ağsuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb - FOTO

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər də oğurluq, eləcə də digər cinayət etdikləri üçün məhkum olunmuşlar – İlqar Məlikov, Şamil Qasımov və Adıgözəl Süleymanov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, A.Süleymanovdan marixuana, digər 2 nəfərdən isə metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanıb, məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.