Finlandiya XİN başçısı: Qərb Ukraynaya qoşun göndərməyi tamamilə istisna etməməlidir

Finlandiya XİN başçısı: Qərb Ukraynaya qoşun göndərməyi tamamilə istisna etməməlidir

Qərb ölkələri, o cümlədən ABŞ münaqişənin kəskinləşəcəyi təqdirdə, Ukraynaya qoşun göndərilməsi ideyasına qarşı qəti şəkildə çıxmamalıdır.

Birxeber.Az xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Elina Valtonen “Politico” qəzetinə müsahibəsində deyib.

“Uzunmüddətli perspektivdə hər şeyi istisna etməməyimiz vacibdir, çünki vəziyyətin nə qədər ciddi olacağını heç vaxt bilmirik”, - deyə o, Qərb qoşunlarının Ukraynaya mümkün göndərilməsindən danışarkən deyib.

Onun sözlərinə görə, indi Qərbin Ukraynaya yardımını davam etdirməsi zəruridir.

Xarici İşlər Nazirliyinin rəhbəri, həmçinin vurğulayıb ki, Amerika Konqresində Ukraynaya yardım paketi ilə bağlı problemlərə görə Vaşinqtonun dünya miqyasında reputasiyası təhlükə altındadır.