Gəncədə evdə yanğın olub, xəsarət alan var - YENİLƏNİB

Gəncədə evdə yanğın olub, xəsarət alan var - YENİLƏNİB

Gəncə şəhəri Çarıqçılar küçəsində evdə yanğın olub, xəsarət alan var.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşınları və 25 canlı qüvvəsi cəlb olunub.

Şəhər sakini, A.Rəhimova məxsus ümumi sahəsi 136 kvadratmetr olan evdə divanın yanması nəticəsində ev sahibinin qayınatası, 1945-ci il təvəllüdlü F.Kazımov yanıq xəsarətləri alıb. O, evdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Zərərçəkən xəstəxanaya yerləşdirilib, ona 2-ci dərəcəli yanıq diaqnozu qoyulub və tibbi yardım göstərilib.

Yanğın söndürülüb, hadisənin səbəbləri araşdırılır.

5:50

Gəncə şəhərində mənzildə yanğın nəticəsində 1 nəfər xəsarət alıb.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, hadisə Çarıqçılar küçəsində qeydə alınıb.

Küçədəki evlərin birində divan naməlum səbəbdən yanıb. Bu zaman divanda yatan 1945-ci il təvəllüdlü F.Kazımov yanıq xəsarətləri alıb.

O, hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən əməkdaşları tərəfindən evdən çıxarılaraq xəstəxanaya çatdırılıb.

Hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.