ABŞ-də əlverişsiz hava üç nəfərin ölümünə səbəb olub

ABŞ-də əlverişsiz hava üç nəfərin ölümünə səbəb olub

ABŞ-nin Ohayo ştatında intensiv yağış höküm sürür.

Birxeber.Az xəbər verir ki, bu barədə ABC televiziyası dövlət orqanlarına istinadən məlumat yayıb.

Leykvyu (Lakeview) şəhərində tornado və güclü yağış nəticəsində 3 nəfər ölüb.

Bir neçə evin dağıldığı bildirilir.

Əlverişsiz hava şəraiti azı yeddi ştatda qeydə alınıb.