Aeroport yolunda zəncirvari qəza olub, xəsarət alan var - FOTO

Aeroport yolunda zəncirvari qəza olub, xəsarət alan var - FOTO

Bakının Sabunçu rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, üç avtomobilin toqquşması ilə nəticələnən qəza aeroport yolunda qeydə alınıb.

Hadisə BMW və iki “Mercedes” markalı minik avtomobillərinin iştirakı ilə olub. Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Qəzada bir nəfər yüngül xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Hadisə səbəbindən yolda sıxlıq yaranıb.

Fakt araşdırılır.