ABŞ Rusiya-İran hərbi-texniki əməkdaşlığın genişləndirilməsi ilə bağlı sanksiyalar tətbiq edə bilər

ABŞ Rusiya-İran hərbi-texniki əməkdaşlığın genişləndirilməsi ilə bağlı sanksiyalar tətbiq edə bilər

ABŞ Rusiya ilə İran arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir.

"Report"un məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.

"Biz tez və koordinasiyalı şəkildə, o cümlədən İrana qarşı yeni və əhəmiyyətli tədbirlərlə cavab verməyə hazırıq. Bir sıra variantları nəzərdən keçiririk, onlar arasında əlavə sanksiyalar da olacaq", - o, deyib.

Kirbi əvvəllər İranın ballistik raketləri və əlaqəli texnologiyaları Rusiyaya ötürməyi nəzərdən keçirməsindən hədsiz narahatlığını ifadə edib.