Bayden yenidən Putini təhqir edib

Bayden yenidən Putini təhqir edib

ABŞ Prezidenti Co Bayden yenidən Rusiya lideri Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədib.

Birxeber.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Düşünürəm ki, ABŞ Konqresinin üzvlərinin böyük əksəriyyəti Ukraynaya dəstəklə bağlı öz üzərinə düşəni etməyə hazırdır Mən bu salonda olan hər kəsi Vladimir Putinə qarşı durmağa çağırıram. O, quldurdur", Bayden Müqəddəs Patrik Gününə həsr olunmuş ictimai çıxışı zamanı deyib.

Bundan əvvəl İrlandiyanın baş naziri Leo Varadkarla görüşdə ABŞ prezidenti yenidən amerikalı qanunvericiləri Kiyevə 60 milyard dollardan çox maliyyə yardımı ayrılmasını nəzərdə tutan ikipartiyalı qanun layihəsini tez bir zamanda təsdiqləməyə çağırıb.