Odessanın raket atəşinə tutulması nəticəsində ölən və yaralananların sayı artıb - YENİLƏNİB-2

Odessanın raket atəşinə tutulması nəticəsində ölən və yaralananların sayı artıb - YENİLƏNİB-2

Ukraynanın Odessa şəhərinə raket hücumu nəticəsində ölənlərin sayı 19 nəfərə, xəsarət alanların sayı 73 nəfərə çatıb.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru Andrey Kostin bildirib.

O, qeyd edib ki, artıq 19 ölüm faktı məlumdur. Ölənlər və yaralananlar arasında yerli sakinlər, həkimlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları var.

Kostin əlavə edib ki, faktla bağlı cinayət işi başlanıb.

21:00

Odessaya raket hücumu nəticəsində xəsarət alanların sayı 73 nəfərə çatıb, ölənlər arasında polis əməkdaşı da var.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib.

Onun sözlərinə görə, hazırda 16 nəfərin, o cümlədən Dövlət Fövqəladə Hallar Xidmətinin (DFHX) əməkdaşının öldüyü məlumdur. “Təəssüf ki, Milli Polisin şəxsi heyəti arasında da itkilərimiz var. Güclü, qorxmaz döyüşçülər idilər”, - o deyib.

Ukrayna DİN başçısı qeyd edib ki, xilasedicilər zərərçəkənlərə yardım göstərmək üçün hadisə yerinə gedərkən şəhərə yenidən raket zərbələri endirilib.

16:17

Ukraynanın Odessa şəhərinin Rusiya hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində 8 nəfər ölüb, 30-dan çox insan xəsarət alıb.

“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu və Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, ölənlər arasında Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşları və feldşer də var.

Məlumata görə, ölənlərin sayı arta bilər.