G7 Rusiyaya ballistik raketlərin tədarükünə dair İrana xəbərdarlıq edib

G7 Rusiyaya ballistik raketlərin tədarükünə dair İrana xəbərdarlıq edib

G7 ölkələri İrana Ukrayna münaqişəsində istifadə etmək üçün Rusiyanı ballistik raketlərlə təmin etməməklə bağlı xəbərdarlıq edib. G7 ölkələri bunu edəcəyi təqdirdə Tehrana qarşı dərhal tədbir görəcəklərini bildirib.

APA xəbər verir ki, bu barədə “Böyük yeddilik” (G7) qrupunun bugünkü bəyanatında qeyd edilib.

“İran Rusiyaya ballistik raketlər və ya müvafiq texnologiya təmin etməyə davam edərsə, biz İrana qarşı yeni və əhəmiyyətli tədbirlər də daxil olmaqla, sürətlə və koordinasiyalı şəkildə cavab verməyə hazırıq”, - G7 liderlərinin bəyanatında deyilir.

“Biz İranın ballistik raketləri və müvafiq texnologiyaları Rusiyaya tədarük etməyi nəzərdən keçirdiyinə dair xəbərlərdən son dərəcə narahatıq. İranı bunu etməməyə çağırıq. Çünki bu regional sabitliyin pozulmasına səbəb olacaq”, - bəyanatda qeyd edilib.