İranda silahlı şəxslər bir polis əməkdaşını öldürüb, ikisini yaralayıb

İranda silahlı şəxslər bir polis əməkdaşını öldürüb, ikisini yaralayıb

İranda silahlı şəxslərlə toqquşmada bir polis əməkdaşı ölüb, ikisi yaralanıb.

APA xəbər verir ki, bu barədə "IRNA" məlumat yayıb.

Bu gün axşam saatlarında bir qrup silahlı şəxs Saravanda yerləşən polis bölməsinin əməkdaşlarına atəş açıb.

Hadisə nəticəsində 1 polis ölüb, 2 polis yaralanıb.

Hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində işlər aparılır.