Makron ultra sağçı qüvvələri ixtilaf yaratmaqda ittiham edib
Fransa prezidenti Emmanuel Makron prezident seçkilərinin ikinci turu ilə bağlı Marseldə keçirdiyi kampaniya mitinqində ultra sağçı qüvvələrin nümayəndələrini Paris və Berlin arasında ixtilaf yaratmağa çalışmaqda ittiham edib.
Bu barədə “Birxeber” RİA “Novosti”yə istinadən xəbər verir.
“Mən sizə ultra sağçıların müdafiə etdiyi Avropa İttifaqından çıxmaq layihəsini, onların Fransa ilə Almaniya arasında fikir ayrılığını, Avropa Şurasından çıxmağı, Rusiya ilə hərbi ittifaqı necə müdafiə etdiklərini deyə bilərəm. Lakin Afrika haqqında bir kəlmə də demirlər”, - Fransa dövlət başçısı bildirib.
O, həmçinin ultra sağçı qüvvələri sığınacaq hüququnu şübhə altına almaqla cəmiyyətdə boşluq yaratmaq niyyətində və ölüm hökmünün qaytarılması ilə bağlı referendum təşkil etməkdə ittiham edib.