XI Qlobal Bakı Forumunun ikinci günü başa çatıb

XI Qlobal Bakı Forumunun ikinci günü başa çatıb

“Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun ikinci günü başa çatıb.

“Report” xəbər verir ki, martın 16-dək davam edəcək forum Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Konfransın ikinci günündə “Xoş sözlərdən əməllərə: COP29 qarşısında hansı məqsədlər qoyulmalıdır?”, “İqlim ədaləti”, “Hamı üçün sağlamlıq”, eləcə də “Regional hərbi və iqtisadi ittifaqların rolu” mövzularında panel müzakirələri təşkil olunub.

Bundan əlavə, bu gün BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Dennis Frensis, eləcə də Türkiyənin xarici işlər naziri Hakan Fidan XI Qlobal Bakı Forumunun iştirakçılarına xüsusi müraciətlə çıxış ediblər.

Türkiyə XİN başçısının çıxışından sonra sual-cavab sessiyası keçirilib.

XI Qlobal Bakı Forumunda bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri - ümumilikdə 70-dən çox ölkədən 350-dən çox qonaq iştirak edir.