Sinqapur Qəzza sakinlərinə humanitar yardım göndərəcək

Sinqapur Qəzza sakinlərinə humanitar yardım göndərəcək

Sinqapur Hərbi Hava Qüvvələri martın 16-dan 17-dək Qəzza zolağının sakinlərinə havadan humanitar yardım göndərəcək.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə Sinqapur Xarici İşlər Nazirliyi məlumat yayıb.

Yüklərin havadan aşağı sakinlərə ötürülməsi İordaniya hava dəhlizi ilə həyata keçiriləcək.

Proses İordaniya Silahlı Qüvvələrinin dəstəyi ilə “Sinqapur C-130” hərbi-nəqliyyat təyyarəsi vasitəsilə həyata keçiriləcək. Ölkənin xarici işlər naziri Vivian Balakrişnan bir neçə yüksək vəzifəli rəsminin müşayiəti ilə əməliyyata dəstək məqsədilə martın 16-dan 17-dək İordaniyaya səfər edəcək.

Öz növbəsində, Sinqapurun Baş naziri Li Syan Lun İordaniya Kralı II Abdullaya məktub göndərərək humanitar yüklərin çatdırılmasında göstərilən köməyə görə minnətdarlığını bildirib.