Dövlət Xidməti: Avtonəqliyyat sektorunun inkişafı üçün biznes assosiasiyaları ilə dialoq möhkəmləndiriləcək

Dövlət Xidməti: Avtonəqliyyat sektorunun inkişafı üçün biznes assosiasiyaları ilə dialoq möhkəmləndiriləcək

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) nümayəndələri ilə müasir avtomobil bazarının formalaşması və sektorun üzləşdiyi çağırışlar barədə fikir mübadiləsi aparılıb.

"Report" Dövlət Xidmətinə istinadən xəbər verir ki, görüşdə həmçinin ölkədə avtonəqliyyat sektorunun inkişafı, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.

Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyevin də iştirak etdiyi görüşdə iqtisadiyyatın müxtəlif sahələrində bazar subyektlərinin azad rəqabət mühitində səmərəli fəaliyyətinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Sahibkarlığın inkişafına nail olunması məqsədilə biznes assosiasiyaları ilə dialoq formatında keçirilən görüşlər və rəqabət, istehlakçı hüquqları, keyfiyyət infrastrukturu sahələrində birgə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.