Litvanın eks-prezidenti: Qərb ölkələrinin mənfi liderliyi proksi müharibələrlə nəticələnir

Litvanın eks-prezidenti: Qərb ölkələrinin mənfi liderliyi proksi müharibələrlə nəticələnir

Qərb ölkələrinin mənfi liderliyi proksi müharibələrlə nəticələnir.

"Birxeber.Az" xəbər verir ki, bunu Litvanın sabiq Prezidenti Daliya Qribauskayte (Dalia Grybauskaite) “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun yeddinci panel müzakirəsində deyib.

Onun sözlərinə görə, dünyada liderlik məsələsi şübhə altındadır: "Bu gün dünyada liderlər öz məsuliyyətlərini dərk etmirlər. Bu da faktiki olaraq bizi çətin vəziyyətə salır. Çox açıq şəkildə görürürk ki, Qərb ölkələrinin mənfi liderliyi proksi müharibələrlə nəticələnir. Avropada, Yaxın Şərqdə liderliklə və təhlükəsizliklə bağlı boşluqlar var".