Ukraynada 2,7 milyon əlil insanın həyatı risk altındadır
“Ukraynada 2,7 milyon əlil insanın həyatı risk altındadır”.
“Birxeber” xəbər verir ki, bu barədə BMT İnsan Hüquqları Ali Komisarlığının (UNHR) açıqlamasında deyilir.
Qeyd olunub ki, davam edən hərbi hücumlar əlilləri son dərəcə həssas edir:
“İnsan Hüquqları Komitəsi bütün əlilliyi olan şəxslərin uçota alınması, müdafiəsi və onların fərdi dəstək ehtiyaclarına uyğunlaşdırılmış humanitar yardıma dərhal çıxış imkanının təmin edilməsi üçün tədbirlər görülməyə çağırır”.