Çinli dekan: Bəşəriyyət süni intellektə qarşı olmalıdır

Çinli dekan:  Bəşəriyyət süni intellektə qarşı olmalıdır

“Biz bəşəriyyət olaraq süni intellektə qarşı olmalıyıq”.

Birxeber.Az xəbər verir ki, bunu XI Qlobal Bakı Forumu çərçivəsində Çinin Rermin Universiteti nəzdində Chongyang Maliyyə Araşdırmaları İnstitutunun icraçı dekanı Vang Ven panel müzakirəsi zamanı deyib.

"Süni intellektin gələcəyə vuracağı təhlükə barədə zamanında düşünməsək, təhdid daha da böyüyəcək. Hansı ki, bu təhdid özü böyük bir fəlakətə yol aça bilər", - o əlavə edib.

Vang Ven Azərbaycan-Çinin münasibətlərinə toxunub. "Azərbaycan Çinin iqtisadi partnyorudur. Azərbaycan region üçün olduqca vacib tərəfdaş ölkə hesab olunur", - o vurğulayıb.