Gürcüstan və Türkiyə münaqişədən zərər çəkmiş ərazilərin yenidən qurulmasında Azərbaycanla həmrəylik ifadə edib

Gürcüstan və Türkiyə münaqişədən zərər çəkmiş ərazilərin yenidən qurulmasında Azərbaycanla həmrəylik ifadə edib

Gürcüstan və Türkiyə münaqişədən zərər çəkmiş ərazilərin yenidən qurulması və bərpası səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəylik ifadə edib.

APA xəbər verir ki, bu barədə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli formatda Bakıda keçirilmiş doqquzuncu görüşünün Bakı Bəyannaməsində qeyd olunub.

Sənəddə həmçinin, Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin bərpasının son dərəcə vacibliyi qeyd edilib.

Bundan başqa Montrö Konvensiyasının və Qara dənizdə artan eskalasiyanın uğurlu idarə edilməsində Türkiyənin bu konvensiyanı diqqətlə tətbiqinin əhəmiyyəti vurğulanıb.