Tzipi Livni: Nə “Hizbullah” Livanın, nə də HAMAS fələstinlilərin maraqlarını təmsil edir

Tzipi Livni: Nə “Hizbullah” Livanın, nə də HAMAS fələstinlilərin maraqlarını təmsil edir

“Nə “Hizbullah” Livanın maraqlarını, nə də HAMAS fələstinlilərin maraqlarını təmsil edir”.

APA xəbər verir ki, bu barədə İsrailin sabiq xarici işlər naziri Tzipi Livni XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirələrdə deyib.

“Hizbullah”ı, husiləri və HAMAS-ı İranın proksiləri adlandıran Tzipi Livni İranın onlardan regionda istifadə etdiyini bəyan edib və əlavə edib ki, “İran regionda digər praqmatik ölkələrə təhdiddir”.

“HAMAS Fələstin xalqının iradəsini ifadə etmir, o sadəcə bir ideologiyadır. Bu ideologiya da İranla qidalanır. İsrail-Fələstin münaqişəsi illərdir davam edir. Bu isə onu göstərir ki, ölkələrin İrana qarşı birləşmələri münaqişə üçün heç nə vəd etmir", - sabiq XİN rəhbəri vurğulayıb.

Xanım Livni qeyd edib ki, HAMAS 2006-cı ildə hakimiyyətə gələndə konkret olaraq ona qarşı çıxılmayıb: “HAMAS dağıdıcı mövqedən çıxış edir. Misir və region ölkələri üçün hazırda radikal addım atmaq üçün, sülhə doğru təşəbbüs göstərmək üçün lazımi zaman gəlib çatıb”.

Zümrüd Paşkin

Nihat Pir