Monqolustanın eks-prezidenti: Nüvə silahlarının qadağan olunması parlaq gələcəyə yol açacaq

Monqolustanın eks-prezidenti: Nüvə silahlarının qadağan olunması parlaq gələcəyə yol açacaq

Nüvə silahlarının qadağan olunması parlaq gələcəyə yol açacaq.

"Birxeber.Az" xəbər verir ki, bunu Monqolustanın sabiq Prezidenti Nambaryn Enkhbayar “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun VII panel müzakirəsində deyib.

Onun sözlərinə görə, nüvə silahlarının ləğvi dünyanın gələcəyi üçün önəmli qərardır: "Biz özümüzü böyük ölkələrin qurbanı kimi hiss edirik. Monqolustan kimi kiçik ölkələr səslərini çıxarmalıdır. Bu cür silahların qadağan olunması parlaq gələcəyə yol açacaq. Bugünkü çətinliklərin tək yolu sülhdür. BMT Təhlükəsiz Şurası daha məsuliyyətli olmalıdır. Biz çoxqütbəli dünyada yaşamalıyıq".