Vüqar Əhmədov Kürdəmirdə vətəndaşları qəbul edib

Vüqar Əhmədov Kürdəmirdə vətəndaşları qəbul edib

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov martın 15-də Kürdəmir və Ucar rayonlarından olan vətəndaşları qəbul edib.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Kürdəmir rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Hər iki rayonun müxtəlif kəndlərindən gələn sakinlər yerlərdə yenidənqurma və bərpa işlərinin uğurla aparıldığını qeyd ediblər.