Türkiyənin XİN başçısı: Ukrayna-Rusiya müharibəsinin qalibi olmayacaq, diplomatik həll yolu tapılmalıdır

Türkiyənin XİN başçısı: Ukrayna-Rusiya müharibəsinin qalibi olmayacaq, diplomatik həll yolu tapılmalıdır

Ukrayna-Rusiya müharibəsinin qalibi olmayacaq.

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Parçalanmış dünyanın bərpası" mövzusunda keçirilən Xl Global Bakı Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, rəsmi Ankara müharibənin ilk günündən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib:

"Türkiyə Krımı Ukraynanın ərazisi kimi tanıyır. Biz savaşın diplomatik həllinə, Qara dənizin təhlükəsizliyi üçün çalışırıq. Eyni zamanda tərəfləri diplomatik həll yolunu tapmağa çağırırıq".