Milli Məclis Prezident və Birinci vitse-prezidenti Novruz bayramı münasibətilə təbrik edib

Milli Məclis Prezident və Birinci vitse-prezidenti Novruz bayramı münasibətilə təbrik edib

Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib.

“Birxeber.Az” xəbər verir ki, parlamentin martın 15-də keçirilən plenar iclasında spiker Sahibə Qafarova bayramla əlaqədar Prezident və Birinci vitse-prezidenti təbrik məktubu ünvanlamağı təklif edib.

Deputatlar təklifi alqışlarla dəstəkləyiblər.

Milli Məclisin sədri Sahibə Qafarova toplantının sonunda deputatların diqqətinə çatdırıb ki, parlamentin növbəti plenar iclası martın 29-da keçiriləcək.