Hakan Fidan: Azərbaycan Cənubi Qafqazın yeni parlayan ulduzudur

Hakan Fidan: Azərbaycan Cənubi Qafqazın yeni parlayan ulduzudur

Türkiyə Azərbaycanla tərəfdaşlığından məmnundur.

"Birxeber.Az" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Parçalanmış dünyanın bərpası" mövzusunda keçirilən Xl Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan artıq Cənubi Qafqazın yeni parlayan ulduzudur: "Azərbaycan regionda mühüm rol oynayır, çoxsaylı tədbirlərə ev sahibliyi edir. Bakı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır".