Bakıda gənc qızı avtomobil vurub

Bakıda gənc qızı avtomobil vurub

Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Birxeber.Az"un məlumatına görə, Qala qəsəbəsində avtomobil yolu keçən 1996-cı il təvəllüdlü İmanova Əfsanə Qoçəli qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.