“Bakcell”ə kommunikasiya direktoru təyin edilib

“Bakcell”ə kommunikasiya direktoru təyin edilib

“Bakcell” şirkətinə yeni Ictimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar üzrə Direktor təyin edilib.

"Birxeber.Az"a şirkətdən bildirilib ki, bu vəzifə Aysel Süleymanovaya həvalə olunub.

A. Süleymanova "Bakcell"ə qoşulmazdan öncə Azərbaycanın milli aviadaşıyıcısı olan "Azərbaycan Hava Yolları" aviaşirkətində (AZAL) Kommunikasiya Direktoru və “PwC Azərbaycan” beynəlxalq konsaltinq şirkətində Marketinq və Kommunikasiya rəhbəri kimi fəaliyyət göstərib.

A. Süleymanova eyni zamanda "AmCham Azerbaijan"da Marketinq, Kommunikasiya və Biznesin İnkişafı Komitəsinin qurucusu və sədridir.

"Bakcell" şirkəti NEQSOL Holdingin tərkibinə daxildir.