Moldovanın sabiq Baş naziri: Səhiyyə əlçatanlığı bəşəriyyətin qarşısında duran prioritetlərdən olmalıdır

Moldovanın sabiq Baş naziri: Səhiyyə əlçatanlığı bəşəriyyətin qarşısında duran prioritetlərdən olmalıdır

Pandemiya göstərdi ki, biz bəşəriyyət olaraq nə qədər kövrəyik. Dünya ölkələri bundan dərs çıxarmalı və münasibətlərində güvən, birliyi artırmalıdırlar.

Birxeber.Az xəbər verir ki, bunu XI Qlobal Bakı Forumunun “Hər kəs üçün sağlamlıq” panel sessiyasında çıxış edən Moldovanın sabiq Baş naziri Chirli Gaburici deyib.

Onun sözlərinə görə, dünya ölkələri bəşəriyyətin yeni ehtiyaclarını üzə çıxarmalı və bu yöndə addımlar atmalıdırlar:

"Təəssüf ki, əksər hallarda problemlər siyasi parçalanmaya sövq edir və ya bununla nəticələnə bilir. Lakin biz bilirik ki, dünyada keyfiyyətli səhiyyə xidmətinin olmamasından əziyyət çəkən insanlar var. Çox uzaq olmayan keçmişdə gördük ki, COVID-19 pandemiyası zamanı peyvənddən kənarda qalan insanlar oldu. Buna görə, hesab edirəm ki, siyasətçilər insanların maraqlarından çıxış etməlidirlər. Səhiyyə əlçatanlığı bəşəriyyətin qarşısında duran prioritetlərdən olmalıdır".