Baş nazir quru sərhədlərinin bağlanmasına münasibət bildirib

Baş nazir quru sərhədlərinin bağlanmasına münasibət bildirib

Quru sərhədlərinin bağlı olmasını ümumdaxili məhsulla bağlamaq düzgün deyil.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, 2020-ci ilin mart ayından Azərbaycanın quru sərhədləri bağlanıb: “Bu, mənim Baş nazir kimi səlahiyyətimdir, mən buna imza atmışam. Bu yaxınlarda da yenə 3 aylıq sərhədləri bağlamışam.