Nazir: Azərbaycan Ermənistanla sülh prosesinin irəlilədilməsində qərarlıdır

Nazir: Azərbaycan Ermənistanla sülh prosesinin irəlilədilməsində qərarlıdır

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

XİN-dən APA-ya verilən xəbərə görə, qarşı tərəf cari regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi, qarşıda duran çağırışlar barədə ətraflı məlumatlandırılıb.

Ölkəmizin mövcud çətinlik və çağırışlara baxmayaraq sülh prosesinin irəlilədilməsində qərarlı olduğu, münasibətlərin normallaşmasının öz növbəsində regional sülh və təhlükəsizliyə töhfə verəcəyinə dair inamlı olduğumuz diqqətə çatdırılıb.