Hakan Fidan: Türkiyə COP29 çərçivəsində də Azərbaycanla əməkdaşlıqdan məmnunluq duyacaq

Hakan Fidan: Türkiyə COP29 çərçivəsində də Azərbaycanla əməkdaşlıqdan məmnunluq duyacaq

Türkiyə COP29 çərçivəsində də hər zaman olduğu kimi qardaş Azərbaycanla əməkdaşlıq etməkdən məmnunluq duyacaq.

Birxeber.Az xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü zamanı bildirib.

Nazir Hakan Fidan yüksək qonaqpərvərliyə, habelə Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün uğurlu təşkilatçılığına görə həmkarına təşəkkür edib, görüş çərçivəsində qəbul olunmuş Bakı Bəyannaməsinin regional əməkdaşlığın inkişafına töhfə verəcəyinə dair inamını ifadə edib.