ÜST azad edilən ərazilərə qayıdan insanlara psixoloji dəstək layihəsinə başlayıb

ÜST azad edilən ərazilərə qayıdan insanlara psixoloji dəstək layihəsinə başlayıb

Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə azad edilən ərazilərə əhalinin sağlam inteqrasiyası üçün psixoloji dəstək layihəsinə başlayıb.

"Report" xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun VI panel müzakirəsində deyib.

O bildirib ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Azərbaycan hökuməti işğaldan azad edilən ərazilərin təmir-bərpa işləri aparır:

“Hər kəs üçün sağlamlıq” konsepsiyası Azərbaycanda keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıtmasının təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Səhiyyə Nazirliyi ÜST ilə birgə işğaldan azad edilən ərazilərə əhalinin sağlam inteqrasiyası üçün psixoloji dəstək layihəsinə başlayıb".

"Biz “Hər kəs üçün üçün sağlamlıq" adlı yeni dövrə qədəm qoyuruq. Bu anlayışı yalnız hökumətlərə ünvanlanan fundamental məsuliyyət kimi qəbul edilməməlidir. Vətəndaşlar sağlam həyat tərzi proqramlarında fəal iştirak etməyə və sağlamlıq üçün məsuliyyəti hökumətlərlə bölüşməyə təşviq edilməlidir", - nazir vurğulayıb.