Türkiyə sahillərində miqrantları daşıyan qayıq batıb, 14 nəfər ölüb - YENİLƏNİB

Türkiyə sahillərində miqrantları daşıyan qayıq batıb, 14 nəfər ölüb - YENİLƏNİB

Türkiyə sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

***

13:03

Türkiyənin Çanaqqala bölgəsində qanunsuz miqrantları daşıyan qayıq batıb.

APA NTV-yə istinadən xəbər verir ki, Çanaqqalanın Eceabat rayonu sahillərində baş verən hadisə zamanı 2-si körpə olmaqla azı 8 nəfər ölüb.

Bölgəyə cəlb edilən sahil təhlükəsizlik qrupları 4 nəfəri xilas edib.

Çanaqqala valisi İlhami Aktaş da məsələ ilə bağlı açıqlama verərək, Eceabat rayonu sahillərində axtarış-xilasetmə işlərinə başlandığını deyib.

Lamiyə Şirinova