FIFA reytinqi: Azərbaycan millisinin mövqeyi dəyişməyib

FIFA reytinqi: Azərbaycan millisinin mövqeyi dəyişməyib

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin FIFA reytinqində mövqeyi dəyişməyib.

“Birxeber.Az” ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda 1305,48 xalla 76-cı sırada qərarlaşıb.

Siyahıya İspaniya başçılıq edir. “Buğalar”ın hesabında 2066,05 xal var. İngiltərə (2021,41) ikinci pilləyə yüksəlib, Fransa (2018,81) üçüncü sıradakı mövqeyində qalıb. Qardaş ölkə Türkiyə isə 1 addım irəliləyərək, 62-ci (1404,24) yerdə qərarlaşıb.

Qeyd edək ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində B Liqasının I qrupunda İsveçrə, Macarıstan və Türkiyə ilə qarşılaşacaq. Qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək.