Pulqar-Vidal: COP29-da bu il qlobal uyğunlaşma modelinə diqqət yetiriləcək

Pulqar-Vidal: COP29-da bu il qlobal uyğunlaşma modelinə diqqət yetiriləcək

İlin sonunda Bakıda keçiriləcək COP29 tədbirində qlobal uyğunlaşma modelinə diqqət yetiriləcək.

“Report” xəbər verir ki, bunu Perunun keçmiş ətraf mühit naziri Manuel Pulqar-Vidal XI Qlobal Bakı Forumunda keçirilən panel iclasında deyib.

“Qlobal uyğunlaşma modeli üzərində işlər gedir. Bu, meyarlar, göstəricilər axtarışıdır. Çünki uyğunlaşma üçün vəsait toplaya biləcəyimiz yeganə yol məhz budur”, - o vurğulayıb.

M.Pulqar-Vidal qeyd edib ki, Paris Sazişinin effektiv olması üçün əsas məsələlərdən biri gənclərin və qadınların fəal iştirakı daxil olmaqla cəmiyyətin iqlim dəyişikliyi məsələlərinə cəlb edilməsidir:

“Paris Sazişi dünyanı birləşdirmək üçün ideal yoldur və belə olaraq da qalır. Əlbəttə ki, əgər onu həyata keçirə biləriksə”.