"Ermənistan mina terroruna görə gec-tez cavab verməli olacaq" - RƏY

"Ermənistan mina terroruna görə gec-tez cavab verməli olacaq" - RƏY

“İkinci Qarabağ müharibəsinin iki ildir başa çatmasına baxmayaraq, ermənilərin Azərbaycana qarşı hərbi cinayətləri hələ də davam edir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, mina terrorunun bütün məsuliyyəti rəsmi İrəvanın üzərinə düşür və onlar Azərbaycan qanunları qarşısında cavab verməli olacaqlar: “Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzaladı. Ermənilər Kəlbəcəri boşaldan zaman humanitar səbəblərdən onlara 10 gün əlavə vaxt verildi. Ermənilər həmin vaxtı torpaqlarımızda mina basdırmağa sərf etdilər. Bu, Azərbaycanın humanizminə qarşı ermənilərin nümayiş etdirdiyi cinayətkarlıq, nankorluq idi. Ermənistanın bu günə qədər mina xəritələrini Azərbaycana verməməsi yenə də dinc əhalimizə və hərbçilərimizə qarşı mina terrorunun davam etməsinə gətirib çıxarır”.

Deputat Qərb dövlətlərini Azərbaycanın üzləşdiyi mina probleminə ikili standartlarla yanaşmaqda ittiham edib.

“Məsələ ondadır ki, elə bu günlərdə ermənilərin ekoloji terrorunu dayandırmaq üçün ictimai fəallarımızın aksiyasında humanitar tələblərin pozulduğunu iddia edən Qərb dövlətləri bu vaxta qədər Ermənistanın mina terroruna bir dəfə də olsun münasibət bildirməyiblər, mina xəritələrinin Azərbaycana verilməsi ilə bağlı Ermənistana çağırış etməyiblər. Sonuncu mina partlaması zamanı 4 mülki şəxsimiz, 3 əsgərimiz yaralandı və 1 gizirimiz şəhid oldu. Həmin minaları basdıran cinayətkarlar gec-tez cəzalarını alacaqlar”, - H.Babaoğlu vurğulayıb.

Qeyd edək ki, dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 əməkdaşı piyada əleyhinə minaya düşüb. Təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə nəticəsində Azərbaycan Ordusunun giziri, 1984-cü il təvəllüdlü Hümbətov Zöhrab Məmməd oğlu şəhid olub.

Daxili siyasət Daxili siyasət
Azərbaycan Prezident Administrasiyası: "Erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazırıq"

Azərbaycan Prezident Administrasiyası: "Erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazırıq"

Daxili siyasət Daxili siyasət
31 il sonra meyitinin qalıqları Daşaltıda tapılmış Adil Niftəliyevlə vida mərasimi keçirilir

31 il sonra meyitinin qalıqları Daşaltıda tapılmış Adil Niftəliyevlə vida mərasimi keçirilir

Daxili siyasət Daxili siyasət
Azərbaycan lideri: "Zəngəzur dəhlizi açılmalıdır"

Azərbaycan lideri: "Zəngəzur dəhlizi açılmalıdır"

Daxili siyasət Daxili siyasət
Standart nümunələr və ya ölçmə vasitələrinə sertifikatın verilməsinə görə rüsum tutulacaq

Standart nümunələr və ya ölçmə vasitələrinə sertifikatın verilməsinə görə rüsum tutulacaq

Daxili siyasət Daxili siyasət
Kamran Əliyev Naxçıvan Muxtar Respublikası Prokurorluğunda əməliyyat müşavirəsi keçirib

Kamran Əliyev Naxçıvan Muxtar Respublikası Prokurorluğunda əməliyyat müşavirəsi keçirib

Daxili siyasət Daxili siyasət
Xaçmazda sel sularının dağıtdığı körpü ilə bağlı müvəqqəti qərargah yaradılıb

Xaçmazda sel sularının dağıtdığı körpü ilə bağlı müvəqqəti qərargah yaradılıb

Daxili siyasət Daxili siyasət
TDT-nin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri Şuşaya gedib

TDT-nin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri Şuşaya gedib

Daxili siyasət Daxili siyasət
Vilayət Eyvazov polis mayorunu yüksək vəzifəyə təyin edib

Vilayət Eyvazov polis mayorunu yüksək vəzifəyə təyin edib

Daxili siyasət Daxili siyasət
Biləsuvar və İmişlidə Zəfər Günü qeyd edilib

Biləsuvar və İmişlidə Zəfər Günü qeyd edilib

Daxili siyasət Daxili siyasət
Mehriban Əliyeva Neftçaladan paylaşım edib

Mehriban Əliyeva Neftçaladan paylaşım edib

Daxili siyasət Daxili siyasət
Əfv Sərəncamı 15 saylı cəzaçəkmə müəssisəsində icra olunub

Əfv Sərəncamı 15 saylı cəzaçəkmə müəssisəsində icra olunub

Daxili siyasət Daxili siyasət
QHT-lərin qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi Qaydası təsdiqlənib

QHT-lərin qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi Qaydası təsdiqlənib