Malavinin sabiq prezidenti: COP-a ayrılan maliyyə vəsaitlərinə yoxsul ölkələrin girişi yoxdur

Malavinin sabiq prezidenti: COP-a ayrılan maliyyə vəsaitlərinə yoxsul ölkələrin girişi yoxdur

Neçə illərdir ki, COP konfransları keçirilir, maliyyə vəsaitləri ayrılır, ancaq bu vəsaitlərə yoxsul ölkələrin girişi yoxdur.

APA xəbər verir ki, bunu XI Bakı Qlobal Forumu çərçivəsində panel müzakirəsində Malavinin sabiq prezidenti Coys Banda deyib.

"Ölkəmdə tayfun nəticəsində ciddi dağıntılar oldu və mən Prezident tərəfindən bu məsələ ilə əlaqədar yenidənqurma və bərpa üzrə xoş niyyətli səfir təyin olundum və son 12 aydır səylə çalışıram. Təəssüf ki, belə təbii fəlakətlər, bu tayfunlar yalnız mənim regionunda, ölkəmdə deyil, digər ölkələrdə, Afrika ölkələrində də baş verməkdədir”, - Coys Banda bildirib.

Onun sözlərinə görə, COP-a ayrılan vəsaitlərə yoxsul ölkələrin girişinin olmamasının səbəbi bürokratiya və başqa prosedurlardır.

“Etiraf etməliyəm ki, biz bu məsələdə, iqlim dəyişikliyi ilə mübarizədə uğursuzluğa düçar olmuşuq. Prosedurlar, bürokratiya işləməyə imkan vermir, Afrika ölkələrindəki cəmiyyətlər indi hərəkətə keçilməsini, onlara yardım edilməsini gözləyir. İndi hərəkət etmək zamanıdır", - Malavinin sabiq prezidenti vurğulayıb.