Deputat: Manqurtların azad olunmuş torpaqlarda quruculuq prosesini gözdən salmağa çalışdığını görürük

Deputat: Manqurtların azad olunmuş torpaqlarda quruculuq prosesini gözdən salmağa çalışdığını görürük

Biz bəzən sosial şəbəkədə haylara işləyən manqurtların azad olunan torpaqlarımızdakı quruculuq prosesini gözdən salmaq üçün bəzi xırda nöqsanlardan necə faydalanmağa çalışdıqlarını görürük.

Birxeber.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev deyib.

Deputat bildirib ki, say-seçmə oğullarımızın canları, qanları bahasına azad edilən torpaqlarda çalışan şirkət rəhbərlərindən tutmuş fəhləyədək heç kim işinə səhlənkar yanaşmalı deyil: “Buna yol vermək də yumşaq desək, ləyaqətsizlikdir. Ümumiyyətlə, vətənpərvərlik kimi bizdə yüksək əmək mədəniyyətinin də təbliğinə böyük ehtiyac var. Öz işini ləyaqətlə yerinə yetirmək ən gözəl vətənpərvərlikdir”.