Rüşvətlə malların gömrükdən keçirilməsinə şərait yaratmaqda ittiham olunan vəzifəli şəxslərin məhkəməsi başlayıb

Rüşvətlə malların gömrükdən keçirilməsinə şərait yaratmaqda ittiham olunan vəzifəli şəxslərin məhkəməsi başlayıb

Rüşvət müqabilində "Sədərək" gömrük sərhədindən malların keçirilməsinə şərait yaratmaqda ittiham olunan vəzifəli şəxslər barəsində cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində bu gün hakim Hüseyn Məmmədovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutub.

İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 29-da keçiriləcək.

Qeyd edək ki, iş üzrə Saday Paşayev və Nihad Məmmədov Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 311.3.1, 311.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə, Seymur Ağayev həmin Məcəllənin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci (rüşvət almada köməkçi) maddələri ilə, Yalçın Teymurov və Fərəc Fərəcov isə həmin Məcəllənin 200-1.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində müvafiq qətimkan tədbirləri seçilib.