Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib

Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib

Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib.

"Birxeber" xəbər verir ki, iclası giriş sözü ilə açan Qərargahın rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə zamanı verilmiş tapşırıqları qeyd edərək, bu tapşırıqların növbəti bir il üçün Əlaqələndirmə Qərargahının fəaliyyətinin əsasını təşkil edəcəyini diqqətə çatdırıb.

İclasın gündəliyində qarşıda duran qısa və uzunmüddətli hədəflərdən irəli gələn müxtəlif məsələlər yer alıb, bununla bağlı müvafiq məruzələr dinlənilib, həmçinin işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi, dayanıqlı məskunlaşma, məşğulluq, iqtisadi inkişaf perspektivləri və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Daha sonra Nazirlər Kabineti və Əlaqələndirmə Qərargahı üzvlərinin martın 2-də keçirilən Şuşa müşavirəsindən irəli gələn məsələlər, o cümlədən şəhərsalma, yay mövsümünün yaxınlaşması ilə bağlı su təchizatı məsələləri, tarix və mədəniyyət abidələrinin bərpası və digər məsələlər ətraflı müzakirə edilib, vəzifələrin icrası ilə əlaqədar növbəti addımlar müəyyən olunub və müvafiq tapşırıqlar verilib. Bütün məsələlərin həllində hədəfyönümlü və sistemli fəaliyyətin, habelə qurumlararası, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndələri ilə əlaqələndirmənin əhəmiyyəti qeyd olunub.

İclasın sonunda Qərargahın rəhbəri Samir Nuriyev işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa fəaliyyətinin Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi, eləcə də işlərin artan miqyasına müvafiq şəkildə aparılması üçün Əlaqələndirmə Qərargahının fəaliyyətinin də çevikliyinin təmin olunmasının vacibliyini vurğulayıb.

Daxili siyasət Daxili siyasət
Yeni istifadəyə verilən penitensiar müəssisələr ictimaiyyətə təqdim olunub

Yeni istifadəyə verilən penitensiar müəssisələr ictimaiyyətə təqdim olunub

Daxili siyasət Daxili siyasət
Ombudsman ermənilərin Kəlbəcərdə mina yerləşdirməsi ilə bağlı açıqlama yayıb

Ombudsman ermənilərin Kəlbəcərdə mina yerləşdirməsi ilə bağlı açıqlama yayıb

Daxili siyasət Daxili siyasət
"Prezidentin sədrliyi ilə keçirilən müşavirə həm də postmüharibə dövrünün birillik hesabatı idi"

"Prezidentin sədrliyi ilə keçirilən müşavirə həm də postmüharibə dövrünün birillik hesabatı idi"

Daxili siyasət Daxili siyasət
Prezident İlham Əliyev Səfərbərlik Xidməti ilə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev Səfərbərlik Xidməti ilə bağlı fərman imzalayıb

Daxili siyasət Daxili siyasət
Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Daxili siyasət Daxili siyasət
Prezident İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib - YENİLƏNİB

Prezident İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib - YENİLƏNİB

Daxili siyasət Daxili siyasət
Rauf Hacıyevin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Rauf Hacıyevin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Daxili siyasət Daxili siyasət
"İlham Əliyev XXI əsr milli inkişaf strategiyamızın yaradıcısı və memarıdır" - RƏY

"İlham Əliyev XXI əsr milli inkişaf strategiyamızın yaradıcısı və memarıdır" - RƏY

Daxili siyasət Daxili siyasət
Azərbaycan Prezidenti: "Ağalı kəndinin sakinləri artıq bu il orada yaşayacaqlar"

Azərbaycan Prezidenti: "Ağalı kəndinin sakinləri artıq bu il orada yaşayacaqlar"

Daxili siyasət Daxili siyasət
Prezident: "Bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib"

Prezident: "Bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib"

Daxili siyasət Daxili siyasət
Vüqar Rəhimzadə: "Prezident Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinin yol xəritəsini təqdim etdi"

Vüqar Rəhimzadə: "Prezident Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinin yol xəritəsini təqdim etdi"

Daxili siyasət Daxili siyasət
MTM-in sorğusuna görə Çağrı mərkəzləri zəif işləyən qurumlar açıqlama verib

MTM-in sorğusuna görə Çağrı mərkəzləri zəif işləyən qurumlar açıqlama verib