Zahid Oruc: Ermənistana müraciət etməliyik ki, Qərbi Zəngəzurda yolları çəkməyə hazırıq

Zahid Oruc: Ermənistana müraciət etməliyik ki, Qərbi Zəngəzurda yolları çəkməyə hazırıq

“Son 300 ildə elə bir quruluş olmayıb ki, biz torpaq itkilərinə və köçkünlüyə məruz qalmayaq. Prezident İlham Əliyev çoxəsrlik tarixi gedişi dəyişdirdi”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Parlamentin komitə sədri Ermənistanla kommunikasiyaların ötən il də açılmamasına diqqət çəkib: “Azərbaycan Şərqi Zəngəzur yollarının tikintisini başa çatdırır. Biz Ermənistana müraciət etməliyik ki, Qərbi Zəngəzurda quru və dəmir yollarını da çəkməyə hazırıq, o şərtlə ki, bütün məsrəfləri geri almaq üçün rusum və ödənişlər müəyyən müddətə bizim büdcəyə ödəniləcək. Diplomatik münasibətləri olmayan iki ölkə arasında bu, ilk körpü olar”.