Binəli Yıldırım: Haradasa müharibə alovlanırsa, bundan bütün dünya əziyyət çəkir

Binəli Yıldırım: Haradasa müharibə alovlanırsa, bundan bütün dünya əziyyət çəkir

“Real siyasət sülhün bərqərar edilməsinə çalışmalıdır. Bu isə çox çətin məsələdir. Müzakirələrdə bunun bizim bölgənin timsalında çətinliklərindən danışdıq”.

Birxeber.Az xəbər verir ki, bunu XI Bakı Qlobal Forumunda "İqlim ədaləti" adlı panel müzakirəsində Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib.

O bildirib ki, haradasa müharibə alovlanırsa, bundan bütün dünya əziyyət çəkir.

İqlim dəyişmələri barədə danışan Binəli Yıldırım deyib ki, bu proses bu gün başlamayıb və ola bilsin 5, ola bilsin 10 il sonra dünya daha ciddi problemlərlə qarşılaşsın: “Buna görə də dünya ölkələri ciddi addımlar atmalıdırlar”.

O deyib ki, istər inkişaf etmiş, istərsə də az inkişaf etmiş ölkələr ətraf mühitə atılan karbon tullantılarının azaldılmasında öz üzərinə öhdəlik götürməlidir.