Belçika sabiq Baş naziri: Müdafiə xərclərinə görə iqlim dəyişikliyi ilə bağlı mübarizəyə yönələn vəsaitin həcmi azalır

Belçika sabiq Baş naziri: Müdafiə xərclərinə görə iqlim dəyişikliyi ilə bağlı mübarizəyə yönələn vəsaitin həcmi azalır

Dünyada artan münaqişələr fonunda ölkələr xərclərinin böyük hissəsini müdafiəyə yönəldirlər.

APA xəbər verir ki, bunu Belçikanın sabiq Baş naziri ( 2008, 2009-2011) Oves Leterme XI Bakı Qlobal Forumunda panel müzakirəsində deyib.

"Belçika hökuməti iqlim dəyişikliyi ilə bağlı daha çox işlərin görülməsinin fərqindədir və qlobal səylərə öz töhfəsini verir", o bildirib.

Sabiq Baş nazir deyib ki, müharibələr və münaqişələr iqlim dəyişikliyi ilə bağlı siyasətə pis təsir edir.

Müdafiə xərclərinə görə iqlim dəyişikliyi ilə bağlı mübarizəyə yönələn vəsaitin həcmi daha da azalır. Müharibələr iqlim dəyişikliyi ilə mübarizədə ciddi problemdir, çünki bu həm xərclərə təsir edir, həm də iqlimə birbaşa təsir edir", - Leterme qeyd edib.

O əlavə edib ki, iqlim dəyişikliyi, bu məsələnin ciddiliyi ilə bağlı cəmiyyətdə maarifləndirmə, məlumatlılığın artırılması çox vacibdir və bu nəticə etibarı ilə insanların davranışına, ətraf mühitə yanaşmasına təsir edir.