Venesuela və Qayana ərazi mübahisəsinin dialoqla həllinə hazırlıqlarını bəyan ediblər

Venesuela və Qayana ərazi mübahisəsinin dialoqla həllinə hazırlıqlarını bəyan ediblər

Venesuela və Qayananın xarici işlər nazirləri Braziliyanın paytaxtında keçirilən görüşdə ölkələr arasında ərazi mübahisəsinin həllində dialoqa hazır olduqlarını təsdiqləyiblər.

"Report"un məlumatına görə, bu barədə G1 informasiya portalı Braziliyanın xarici işlər naziri Mauro Vieyranın vasitəçisi olduğu görüşün yekununda xarici işlər nazirlərinin bəyanatlarına istinadən məlumat yayıb.

“Venesuela tərəfini əmin edirik ki, Qayana Venesuelanın ərazi iddiaları məsələsini sülh yolu ilə həlli niyyətini təsdiqləyir”, - Qayanın xarici işlər naziri Hyu Todd bildirib.

Öz növbəsində Venesuelanın xarici işlər naziri İvan Hil Pinto bildirib ki, “Venesuela və Nikolas Maduro hökuməti qarşılıqlı məqbul həllə gəlməyə imkan verəcək alternativ yollar axtarmağa hazırdır”. Venesuelalı nazir həmçinin Qayanadan olan həmkarı ilə danışıqların nəticələrindən məmnun olduğunu və “gələcəkdə müzakirələrdən çox şey gözlədiyini” qeyd edib.