BMqT-nin baş direktor müavini: 3.6 milyon insan çox həssas iqlim ərazilərində yaşayır

BMqT-nin baş direktor müavini: 3.6 milyon insan çox həssas iqlim ərazilərində yaşayır

Dünyada 3.6 milyon insan iqlim dəyişikliyi baxımından çox həssas ərazilərdə yaşayır.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktorunun müavini Uqoçi Daniels (Ugochi Daneils) “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun V panel müzakirəsində deyib.

O vurğulayıb ki, bu insanlar daha çox az inkişaf etmiş və ada ölkələrin əhalisidir: "Onların gəliri olmadığı üçün borcları yaranıb. Kütləvi miqrasiya baş verir. Koronavirus zamanı da ən çox mənfi təsirlər onların üstündə oldu".

BMqT rəsmisi əlavə edib ki, miqrasiya məsələləri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasında (COP) əsas mövzulardan biri olmalıdır. Təklif edirəm ki, bunun üçün itki fondu yaradılsın, bununla əlçatanlığı təmin etmiş olarıq. Özəl və dövlət sektoru buna təşviq edilməlidir".